!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2.5 tondan artıq narkotik vasitə dövriyyədən çıxarıldı

!Reklam – Yazi

2018-ci il ərzində Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Әdliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən ümumilikdə 2 ton 553 kq 570,976 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 14.819 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında deyilir.

Ümumilikdə, hesabat dövrü ərzində hüquq-mühafizə orqanları tərəfindən 3305 fakt aşkar edilib ki, onlardan 897-i satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 2124-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 234-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 50-i isə digərləri olub.

COP29

www.yenicag.az

1223
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv