Milli Məclisdən yeni qərar: Qumar oynayanları həbs gözləyir

media-hightechnic-468x90

Azərbaycanda qumar oyunlarında təkrar iştirak edən şəxslərə qarşı cəzalar kəskinləşdirilir – onlara inzibati həbs cəzası verilə bilər.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, qumar oynayan şəxslər oyun ləvazimatları, qumara qoyulmuş pul və ya digər əmlaklar, habelə qazanılmış uduşlar müsadirə edilməklə 3 000 manat məbləğində cərimə olunurlar.

Yeni dəyişikliyə əsasən, bu xətanı törətmiş və artıq cərimələnmiş şəxs bir il ərzində təkrarən qumar oynayarsa, onu daha ağır cəza gözləyir:

  • Oyun ləvazimatları və uduşlar müsadirə olunmaqla 5 000 manat məbləğində cərimə;

  • Yaxud işin halları və qayda pozanın şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbs.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05