Milli Məclis yeni qanunu qəbul etdi: Valyuta cərimələri dəyişdirilir

media-hightechnic-468x90

Azərbaycanda xarici valyuta vəsaitlərinin ölkəyə qaytarılmamasına görə tətbiq edilən cərimələr yüngülləşdirilir və məsuliyyətdən azadetmə halı müəyyənləşir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qanuna görə, az miqdarda (20 min manatadək) valyutanın ölkəyə qaytarılmamasına görə həmin vəsaitin 30%-indən 50%-nədək cərimə tətbiq edilirdi.

Yeni dəyişikliklə “az miqdarda” sözü qanundan çıxarılır və cərimə faizləri aşağıdakı kimi azaldılır:

  • Vəzifəli şəxslər üçün: Qaytarılmayan valyuta vəsaitinin 10%-indən 20%-nədək cərimə;

  • Hüquqi şəxslər üçün: Qaytarılmayan valyuta vəsaitinin 20%-indən 30%-nədək cərimə.

Cərimədən xilas olmaq şansı yaradılır

Yeni qanun layihəsinə əsasən, barəsində iş aparılan şəxs məhkəmə və ya səlahiyyətli orqan qərar qəbul edənədək xarici valyuta vəsaitlərini ölkəyə qaytararsa, inzibati məsuliyyətdən tam azad ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05