Könüllülərin və tələbələrin nəzərinə! Sığorta haqlarının ödəniş mexanizmi təsdiqləndi
Azərbaycanda könüllülərin, həmçinin istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin icbari sığorta haqlarının ödənilməsi mexanizmi müəyyənləşir.
Yenicag.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun layihəsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda qüvvədə olan qanunvericilikdə könüllülərin bədbəxt hadisələrdən icbari sığortalanması nəzərdə tutulsa da, indiyə qədər sığorta haqqının ödənilməsi mexanizmi mövcud deyildi.
Yeni layihəyə əsasən, sığorta haqları aşağıdakı müddətlərdə ödəniləcək:
-
Könüllülər üçün: Müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 15 iş günü müddətində;
-
Tələbə və şagirdlər üçün: İstehsalat təcrübəsinin (təliminin) başladığı tarixdən etibarən 15 iş günü müddətində.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.













