Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması elektronlaşdırılacaq

media-hightechnic-468x90

Azərbaycanda əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması prosedurları tam elektronlaşdırılır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara edilən dəyişikliklərdə əksini tapıb.

Yeni qaydalara əsasən, dövlət rüsumu ödənildikdən sonra müvəqqəti olma müddətinin uzadılması barədə qərar elektron imza ilə rəsmiləşdiriləcək. Həmin qərar müraciət edən şəxsin Elektron Hökumət İnformasiya Sistemindəki (EHİS) elektron kabinetinə yerləşdiriləcək və eyni zamanda onun elektron poçt ünvanına göndəriləcək.

İmtina üçün yeni əsas və rüsumsuz bərpa imkanı

Dəyişikliklə müvəqqəti olma müddətinin uzadılmasından imtina üçün əlavə əsas da müəyyən edilir. Belə ki, qanunla tələb olunan sənədlərdən birinin və ya bir neçəsinin təqdim edilməməsi birbaşa imtina əsası olacaq.

Bundan başqa, müvəqqəti olma müddətinin uzadılması barədə verilmiş qərarlar itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə və ya şəxsin sənədlərindəki məlumatlar dəyişdikdə, qərar elektron qaydada yenidən tərtib olunacaq. Bu hallarda qərarın yenidən rəsmiləşdirilməsinə görə dövlət rüsumu tələb olunmayacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05