2.8 trilyon dollarlıq İTKİ: “Trampın bu siyasəti ABŞ-nin taleyini də sual altına qoyur”

media-hightechnic-468x90

 

 

“Donald Trampın hakimiyyətə gəldikdən sonra yürütdüyü siyasət onu göstərir ki, ABŞ qlobal miqyasda öz gücünə həddindən artıq etibar edir. O, hesab edir ki, Amerika Birləşmiş Ştatları elə bir gücə sahibdir ki, hansı tələbi irəli sürürsə və ya hansı hədəfi qarşısına qoyursa, həmin məqsəd mütləq və qısa müddətdə reallaşmalıdır. Bu isə əslində, reallığa tam əsaslanmayan bir qənaətdir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Siyasi təhlilçi ABŞ prezidenti Donald Trampın dünyada sensasiya yaradan tarif siyasətindən sonra Amerika birjalarında 2.8 trilyon dollar civarında itkinin yaranması səbəbini izah edib.

Onun sözlərinə görə, ABŞ nə qədər güclü dövlət olsa da, hələlik təkbaşına bütün dünyaya hegemonluq edəcək imkanlara malik deyil:

“Məhz bu səbəbdən Trampın atdığı addımlar və hədəfə aldığı dövlətlərin verdiyi əks reaksiyalar nəticə etibarilə ABŞ-ın özü üçün bumeranq effekti yaradır. Trampın mövcud yanaşması, sanki bütün dünyaya qarşı bir siyasi-iqtisadi savaş elan etməsi təəssüratını formalaşdırır”.

E. Xalidbəyli əmindir ki, Avropa İttifaqı və NATO-ya üzv digər ölkələrlə münasibətlərdə yaranan ciddi gərginliklər, tətbiq olunan rüsumların qarşılıqlı cavablarla üzləşməsi ABŞ iqtisadiyyatına mənfi təsir göstərməyə başlayıb:

“Digər dövlətlərə qarşı başladılan ticarət savaşları həm dünya iqtisadiyyatına, həm də ABŞ iqtisadiyyatına zərər vurur. Belə ki, Trampın artırdığı rüsumlara cavab olaraq Avropa ölkələri və digər dövlətlər də eyni addımları atır, qarşılıqlı sanksiyalar tətbiq olunur. Bu isə göstərir ki, proses heç də birtərəfli xarakter daşımır və nəticə etibarilə, ABŞ iqtisadiyyatı üçün yeni və təhlükəli bir mərhələ başlanmış kimi görünür. Trampın digər ölkələrə qarşı sərgilədiyi bu siyasət, əslində, Amerika Birləşmiş Ştatlarının gələcək iqtisadi və siyasi taleyini də sual altına ata biləcək addımlar kimi qiymətləndirilir”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600