"Növbəti toqquşma hava və dənizdən bombardmanlar formasında olacaq" – TƏHLİL

media-hightechnic-468x90

“Növbəti toqquşma hava və dənizdən bombardmanlar formasında olacaq”

media-banner_tuq

Bu iddianı Yenicag.az-a açıqlamasında Yaxın Şərq üzrə şərhçi Kənan Rövşənoğlu bildirib.

media-images-2026-07-15t152126-641

Şərhçi İran və ABŞ arasında hazırda baş verən kiçikmiqyaslı müharibə haqqında danışaraq tərəflərin güc balansını müqayisə edib:

“Aprelin 8-dən etibarən ABŞ və İsrail birtərəfli qaydada atəşi dayandırdıqdan bu yana ara-sıra İrana zərbələr endirib. Livanda isə ümumiyyətlə, müharibə dayanmayıb. Lakin indi, yəni xüsusilə də son həftələrdə atəşkəs getdikcə daha tez-tez pozulur, hətta xatırlayırsınızsa, ABŞ prezidenti Ankarada bildirdi ki, onun üçün artıq atəşkəs başa çatıb. Lakin bununla belə, formal olaraq danışıqlar vasitəçilər üzərindən davam edir. Heç bir tərəf rəsmi olaraq danışıqlardan çıxdığını elan etməyib. Ancaq indi hər kəs anlayır ki, danışıqlarda ciddi təkan olmasa, hazırkı toqquşmalar yaxın zamanda genişmiqyaslı müharibəyə çevriləcək.

Bunu məşq adlandırmaq doğru olmaz, düşünürəm. Masada razılıq əldə etmək mümkün olmur. Tramp hesab edir ki, ABŞ ordusu güclüdür və İrana ağır zərbələr vurub. Özünün dediyi kimi, “İranı daş dövrünə atıb”. Buna görə də İran məğlub tərəf olaraq Vaşinqtonun, yəni Trampın şərtlərini qəbul edib, sülh sazişinə imza atmalıdır. İran tərəfi isə ABŞ-ın İrana hücum etdiyini, ancaq uğur qazana bilməyib, əvəzində ağır zərbələr aldığını iddia edərək Vaşinqtonun onun şərtlərini qəbul etməli olduğunu bildirir. Əlbəttə, hər iki tərəfin haqlılıq payı var, bu mənada burada yeganə uzlaşma yolu hər iki tərəfin güzəştə getməsidir.

Lakin belə görünür ki, Vaşinqton güzəştə getmədi. Nəticədə İranda qarşılıqlı güzəşt tərəfdarı olan islahatçı Pezeşkiyan hökumətinin, belə demək olarsa, güzəşt limiti bitdi. İndi mühafizəkar qanad islahatçı hökuməti sərt tənqid edərək onların qarşılıqlı güzəşt siyasətini satqınlıq adlandırır. Anlaşılan odur ki, İranda mühafizəkar tərəf güclənəcək və Vaşinqton İranın şərtlərini qəbul etməsə, müharibə qaçılmaz olacaq. Bu mənada indi hər iki tərəfdə kompromis tərəfdarları tələsməlidir, çünki vaxt sürətlə daralır. Ancaq düşünmürəm ki, ABŞ İrana qarşı konvensional quru əməliyyatı başladacaq. Güman ki, növbəti toqquşma da hava və dənizdən bombardmanlar formasında olacaq. Əlbəttə, kiçikmiqyaslı əməliyyatlar da istisna deyil.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05