CENTCOM: İrana tətbiq olunan blokadanı yarmağa çalışan iki gəmi istiqamətini dəyişib
İrana qarşı dəniz blokadası tətbiq olunandan bəri iki gəminin istiqaməti dəyişdirilib.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, 17 saat ərzində 2 ticarət gəmisi blokadanı yarmağa çalışsa da, ABŞ hərbi gəmiləri onları istiqamətlərini dəyişməyə məcbur edib.













