Sena Parlar: "15 İyul ruhunu bizimlə bərabər yaşayan qardaş Azərbaycan xalqına təşəkkür edirik" - VİDEO
“15 İyul xain dövlət çevrilişinə cəhd ikən, türk millətinin iradəsi ilə dastançı bir qələbəyə çevrildi”
Bu fikirləri Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Sena Parlar bildirib.

S. Parlar Türkiyənin demokratiya və müstəqillik tarixinin ən mühüm dönüş nöqtələrindən biri olan 15 İyul hadisələrinin 10-cu ildönümü ilə bağlı danışıb:
“Bundan tam 10 il əvvəl Türkiyənin demokratiya və müstəqillik tarixinin ən mühüm dönüş nöqtələrindən biri yaşandı. 15 İyul xain bir dövlət çevrilişinə cəhd ikən, türk millətinin fədakarlığı və böyük iradəsi sayəsində dastançı bir qələbəyə çevrildi.
İnamın və milli dirənişin tanklara qalib gəldiyi o tarixi gecədə türk milləti bütün dünyaya çox aydın bir mesaj verdi: ‘Heç vaxt əsarəti qəbul etməyəcəyik. Gərəkərsə, şərəfimizlə öləcəyik!
15 İyulun rəmzi simalarından biri olan qəhrəman Ömər Halisdəmir o gecə komandirindən son əmrini aldı və xainlərə qarşı sinə gərməyə gedərkən tarixin ən onurlu yürüşünü etdi. O, 30 güllə ilə şəhidlik zirvəsinə ucaldı.
O gecə üzərlərinə yeriyən tanklara qarşı əllərində şanlı bayrağımızla vətən müdafiəsinə qalxan türk xalqı öz müstəqilliyinə, gələcəyinə və seçilmiş prezidentinə sahib çıxdı.
15 İyul gecəsi türk milləti olaraq 251 vətəndaşımızı şəhid verdik, 2700-dən çox insanımız isə qazi oldu. Bu gün bütün şəhidlərimizi və qazilərimizi sonsuz hörmət, rəhmət və minnətdarlıqla anırıq.
15 İyul ruhunu hər zaman bizimlə bərabər yaşayan siz dəyərli mətbuat nümayəndələrinə və qardaş Azərbaycan xalqına dərindən təşəkkür edirik!”
Məsimə Məmmədova













