2-ci Dünya Müharibəsini SSRİ başladıb? – Rusiyadan Pentaqona ağır cavab

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaharova ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) II Dünya Müharibəsi ilə bağlı yayımını “dəhşətli yalan və riyakarlıq iddiası” kimi qiymətləndirib.

Yenicag.az xəbər verir ki, Nazi Almaniyasının məğlubiyyətinin 75-ci ildönümü ilə əlaqədar Pentaqon II Dünya Müharibəsi mövzusunda təqdimat edib.

Müharibənin Polşanın Almaniya və Sovet İttifaqı tərəfindən işğalı ilə başladığı iddiasından başqa təqdimat, Qırmızı Ordunun faşizmin məğlubiyyətindəki rolunu, ABŞ-ın Normandyya enməsindən başlayaraq Avropadakı müharibədəki rolunu izah edib.

Pentaqonun təqdimatını dəyərləndirən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaharova Qərbin “bütün insanlıq üçün vacib olan bu günlərdə də tarixin təhrif edilməsinə səylərini əsirgəmədiyini. Bu təqdimatda ölkəmizin faşist döyüş maşınının onurğasını sındırdığı və Hitler əsgərlərinin Şərq cəbhəsində öldüyü qeyd edilmir”,- deyə söyləyib.