20 balıqçı karantini pozdu - Protokol tərtib olundu - XƏBƏRDARLIQ

media-hightechnic-468x90

Bu gün xüsusi karantin rejimini pozaraq Xəzər dənizinin Bibiheybət və Hövsan qəsəbələrini əhatə edən hissələrində balıq ovu ilə məşğul olan 20 həvəskar balıqçı aşkarlanıb.

Su Nəqliyyatında Polis İdarəsindən Yenicag.az-a verilən məlumatda bildirilib ki, onların hər biri barəsində Su Nəqliyyatında Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.

Həmin şəxslər 8103 nömrəsinə SMS yazaraq mağazaya, aptekə getmək adı ilə evdən çıxıb və SMS icazə sistemindən sui-istifadə ediblər. Onlara bir daha belə hallara yol verməməsi barədə xəbərdarlıq edilib. İdarənin əməkdaşları həvəskar balıqçılara mayın 4-dək karantin rejiminin qaydalarına əməl etməyi də tövsiyə ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600