Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

20 min tələbə üçün ŞAD XƏBƏR

Azərbaycanda 20 min tələbənin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Yenicag.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, 2019-2020-ci tədris ilinin yaz semestri və 2020-2021-ci ilin payız semestri üçün həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan ali məktəb, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələrinin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına tam ödəniləcək:

“Bu kateqoriyaya aid olan tələbələrin sayı hazırda 20 mindən çoxdur. Təhsil Nazirliyi təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə müəyyən edərək bu Qərarın icrasını təmin ediləcək”.

C.Valehov təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinin yalnız əyani təhsil alan tələbələrə şamil olunduğunu da açıqlayıb.

O bildirib ki, bununla bağlı yaxın 20 gün ərzində siyahılar dəqiqləşdiriləcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin verdiyi qərara əsasən, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

www.yenicag.az

1263