“20 Yanvar faciəsi mənə məlumdur”

media-hightechnic-468x90

leyn_devis“20 Yanvar faciəsi mənə məlumdur”.

Azərbaycan tamaşaçıları arasında “Santa-Barbara” teleserialındakı Meyson Kepvell rolu ilə sevilən populyar amerikalı aktyor Leyn Devis deyib. Bakıda şirkətlərdən birinin yeni salonunun açılışında iştirak edən aktyor bildirib ki, artıq ikinci dəfədir Azərbaycana gəlir. O deyib: “Çox şadam ki, gözəl Bakı şəhərində olmaq xoşbəxtliyi mənə yenidən nəsib olub. Şəhərinizi və qonaqpərvər Azərbaycan xalqını çox sevirəm”.

Azərbaycan mədəniyyətinə yaxşı bələd olduğunu bildirən aktyor vurğulayıb: “İstərdim, ölkəmdə mümkün qədər çox adam Azərbaycanı tanısın”.

L.Devis onu da bildirib ki, Azərbaycanda törədilən faciələrdən, o cümlədən 20 Yanvar faciəsindən xəbəri var. Hazırda qanlı 20 Yanvar hadisələri barədə film çəkilir. Filmə Türkiyə, İran, Rusiya və ABŞ-dan aktyorlar cəlb olunublar.

(milli.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600