Tanınmışlar “Yeni Çağ”la BAYRAMLAŞDI: “Yeni zirvələrə doğru!”

media-hightechnic-468x90

Bu gün Azərbaycanda milli mətbuatın  ana dilində ilk qəzetin nəşrə başlamasının 151 ili tamam olur.

media-banner_tkm

Bu əlamətdar gündə tanınmış sənət adamları Yenicag.az vasitəsilə öz təbriklərini və xoş arzularını ünvanlayıblar:

Kinorejissor, Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov komandaya uğurlar arzulayaraq bayram təbrikini belə dile gətirib:

media-images-2026-07-22t160818-161

“’Yeni Çağ” komandasını ürəkdən təbrik edirəm, şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Əziz jurnalistlər, sizin fədakarlığınız milli şüurumuzun formalaşmasında böyük rol oynayır. Bayramınız mübarək!”

Xanəndə, Əməkdar artist Sabir Abdullayev saytın operativliyini vurğulayaraq öz ürək sözlərini belə ifadə edib:

media-images-2026-07-22t160845-059

“’Yeni Çağ” daim izlədiyim və maraqla oxudığım saytdır. Heç vaxt sənətkarları diqqətdən kənarda saxlamır, unudulmuş sənət adamlarını yada salırsınız. Operativliyinizlə hər zaman öndəsiniz. Milli Mətbuat Günü münasibətilə bütün komandanızı ürəkdən təbrik edirəm. Bu çətin və şərəfli peşə yolunda hər birinizə uğurlar arzulayıram. Daim irəli və yeni zirvələrə doğru!”

Aktyor, Əməkdar artist Rəhman Rəhmanov da kollektivə öz xoş arzularını belə çatdırıb:

media-images-2026-07-22t160830-058

“’Yeni Çağ” mənim ən sevdiyim media qurumudur, məni də daim diqqətdə saxlayır. Maraqlı yazıları, araşdırmaları və operativ xəbərləri ilə oxucuların sevgisini qazanıb. Bu yolda hər birinizə uğurlar arzulayıram. Sayılıb-seçilirsiniz, həm də sevilirsiniz. Hər zaman belə də devam edin, bayramınız mübarək!”

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05