20 Yanvar şəhidləri Qlazqoda anılıb-Fotolar

media-hightechnic-468x90

unnamed (1)20 Yanvar faciəsinin qurbanlarının xatirəsi Qlazqoda anılıb

20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Böyük Britaniyanın Qlazqo Universitetində təhsil alan azərbaycanlı tələbələr “Mənim adım 20 Yanvardır” (My name is 20 January) adlı anım aksiyası keçiriblər.

Aksiya çərçivəsində həmyerlilərimizlə birgə təhsil alan əcnəbilər Qlazqo Universitetinin müxtəlif yerlərində üzərində 1990-cı ilin 20 yanvar tarixində vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş insaların ad və soyadları çap edilmiş kağızlar tutaraq, dünya ictimaiyyətinin diqqətini 20 Yanvar hadisəsinə cəlb ediblər.

Aksiya təşkilatçısı, həmyerlimiz Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq əlaqələr departamentinin sabiq direktoru Toğrul Məmmədlinin sözlərinə görə, aksiyada Azərbaycan da daxil olmaqla 30-a yaxın ölkənin (Meksika, Moldova, Pakistan, Vyetnam, Fransa və s.) tələbələri iştirak ediblər.

“Onların hər birinə 20 Yanvar hadisələri, şəhidlərimiz, Azərbaycanın müstəqillik dövründəki ilk addımları və ölkəmizin indiki inkişafı, uğur və nailiyyətləri haqqında da geniş məlumat verilib” – deyə, Toğrul Məmmədli bildirdi.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600