İşgəncə görən uşaqların anası polisə çağırıldı

media-hightechnic-468x90

Bakıda ailədaxili zorakılığın qurbanı olan 2015-ci il təvəllüdlü İ.A. və 2018-ci il təvəllüdlü S.A. bacı-qardaşın anası polisə çağırılıb. 

media-banner_tuq

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı hazırda ərazi polis orqanında araşdırma aparılır.

Azyaşlılar polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Uşaqların anası polis şöbəsinə çağrılaraq izahatı alınıb. Azyaşlıların bədən xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib.

Qeyd edək ki, itkin düşən azyaşlıların yeri Xətai rayonu, Zığ şosesi ərazisində müəyyən edilib.

Məlum olub ki, bacı-qardaş uzun müddət ailədaxili zorakılığın qurbanı olub. Onların sözlərinə görə, anaları fiziki və psixoloji zorakılığa məruz qalıb, ataları isə spirtli içki qəbul etdikdən sonra uşaqlara işgəncə verib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05