!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

200 gənc dövlətlərarası proqramla xaricdə ali təhsil alacaq

!Reklam – Yazi

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 200 azərbaycanlı gənc növbəti ildən Macarıstanda ali təhsil almaq hüququ əldə edib.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, 2019/20-ci tədris ili üçün Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib.

Azərbaycan Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 200 nəfər Azərbaycan vətəndaşı 2019/20-ci tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

Seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində adıkeçən saziş üzrə 200 nəfər, o cümlədən 18 nəfər PhD (istənilən maraq dairəsində), 166 nəfər magistratura, 16 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, İT, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar. Təqaüdə layiq görülən tələbələr əsasən “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, University of Szeged, “Eötvös Loránd University”, “University of Debrecen” və “University of Pécs” və digərləri ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.

www.yenicag.az

1508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv