Paşinyanı tormozlayan KONSTİTUSİYA – İrəvanda sülhə qarşı radikal müqavimət GÜCLƏNİR
“Ermənistan və Azərbaycan arasında həll olunmamış məsələlərin aradan qaldırılmaması İrəvanda sabitliyin pozulmasına və barışmaz, radikal millətçilərin irəliləyişə mane olmaq üçün fürsət əldə etməsinə səbəb olur”.
Bunu Yenicag.az-a açıqlamasında irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş deyib.
Onun sözlərinə görə, bu səbəbdən Baş nazir Nikol Paşinyanın Ermənistan Konstitusiyası ilə bağlı məsələləri həll etməməsi birbaşa olaraq onun üçün problemlər yaradır:
“Bu kimi məsələlər 1998-ci ildə Şimali İrlandiya sülh prosesində də müşahidə olunmuşdu. Konstitusiyaya dəyişikliklər yekun razılaşma ilə paralel şəkildə aparılmalı idi və həmin razılaşmanın qüvvəyə minməsi İrlandiya Konstitusiyasına dair keçirilən referendumdan asılı idi. Bu, Azərbaycan və Ermənistan arasındakı sülh prosesi üçün də mümkün bir həll variantı ola bilər, lakin Paşinyan bu yolu seçərsə, bunu Ermənistan seçicilərinə aydın şəkildə əsaslandırmalıdır. Yenə də tərəddüd və maneələr təhlükəlidir, çünki sülh prosesi zamanı yaranmış dinamika qorunmasa, hər şey çox asanlıqla dağılır”.
Rafi Müslümov