200 ildə bir dəfə görülən güclü yağışlar: Ölənlər var

media-hightechnic-468x90

Cənubi Koreyanın cənub bölgələrində yağan rekord leysan yağışlar azı 4 nəfərin ölümünə səbəb olub.

Yenicag.az xəbər verir ki, ölkənin hava agentliyinin verdiyi açıqlamada ölkənin bəzi bölgələrində 200 ildə bir dəfə görülən rekord yağışlarla üzləşdiyini, 4 nəfərin həyatını itirdiyini bildirib.

Cənubi Koreya hazırda yay musson mövsümünün ortasındadır. Ölkə yay musson dövründə mütəmadi olaraq daşqınlara məruz qalır.

Alimlər bildirirlər ki, iqlim dəyişikliyi bütün dünyada hava hadisələrinin daha ekstremal və daha tez-tez baş verməsinə səbəb olur.

Xatırladaq ki, ötən ilin iyulunda ölkədə yeraltı keçidin su basması nəticəsində 10-dan çox insan həyatını itirmişdi. Cənubi Koreyada 2022-ci ildə rekord qıran yağışlar və daşqınlar baş verib və 11-dən çox insan həlak olub.

İsmayıl Bakuvi

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600