200 illik problemin HƏLLİ: “Tarixi anlara şahidlik edirik”

media-hightechnic-468x90

 

“Azərbaycan və Ermənistanın Rusiyaya qarşı göstərdiyi mübarizə hazırda tarixi anlara şahidlik etdiyimizdən xəbər verir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

media-994fdb034e-asif-nerimanli-azerbaycan-danisiqlar-prosesinde-fransanin-istirakina-imkan-vermir

Politoloq qeyd edib ki, Ermənistanın hazırkı doğru siyasət addımları regionun gələcəyinə mühüm təsirlər göstərir və yeni reallıqlar fonunda proseslər davamlı olaraq dəyişməkdədir.

“Tarixdə bənzəri olmayan hadisələr baş verir. Regionun gələcəyi ilə bağlı İrəvan ilk dəfədir ki, doğru yolda irəliləyir. Bu, təbii ki, Azərbaycan maraqları ilə üst-üstə düşür. Ermənistan Rusiyanı Cənubi Qafqazdan kənar saxlamaq və onun təsir dairəsini azaltmaq istiqamətində addımlar atır. Tarixə baxsaq, Cənubi Qafqazda baş verən qanlı hadisələrin hər birində Rusiya əlinin olduğunu görürük. İndi isə Rusiya regiona qayıtmaq üçün münaqişə ocaqları yaratmağa çalışır. Lakin artıq Ermənistan Rusiyanın forpostu olmaqda maraqlı deyil. İrəvan və Bakı Rusiyaya qarşı ortaq maraq əsasında güclü dirəniş nümayiş etdirirlər.

Beləliklə, 200 ildən sonra bir sıra problemlər həll olunur. Bu gün Azərbaycan və Ermənistanın Rusiyaya qarşı birgə mübarizəsi tarixi anların şahidliyidir,” – deyə o vurğulayıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600