!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2018-ci ildə qazandıqlarımız, itirdiklərimiz... - Bu bir hesabatdır - FOTOLAR

!Reklam – Yazi

Hər il sonu həm də hesabat dönəmidir. Hesabat verməsən, ötən 365 gündə nələr etdiyinin fərqinə vara bilməzsən. “Yeni Çağ” Media Qrupu olaraq hər il olduğu kimi bu dəfə də ötən 365 gündə nələr etdiyimizə qısa nəzər saldıq.

Əslində, 2017-ci ili çox böyük bir gala ilə – “Regionun gələcəyi: geopolitik çağırışlar və perspektivlər” Beynəlxalq Simpoziumu  ( 22-24 dekabr 2017, Bakı, Excelsior otel) ilə qapatmışdıq. Mixail Şevçenko, mərhum Orxan Camal, Hasan Öztürk, Sinan Burhan, Gela Vasadze, Murat Sapanov kimi nəhənglərlə bölgəni müzakirə etmişdik.

İlin ilk ayının sonunda planlaşdırıb, fevralın əvvəlində gerçəkləşdirdiyimiz Gürcüstan səfəri ilə qonşu ölkənin tanınmış media holdinqlərindən “Georgian Times”in, GTV-nin prezidenti Malkhaz Gulashvili görüşdük və qarşılıqlı əməkdaşlıqla bağlı ilkin razılığa gəldik.

Hər il ənənəyə çevirdiyimiz “Xocalını unutma, unutdurma” kampaniyası çərçivəsində fevral ayında TRT-nin “Anadolu soruyor” proqramının məruz qaldığımız soyqırıma həsr olunmasını təmin etdik. Ayrıca, qardaş ölkədə səfərdə olan Xocalı sakinlərinin türk və ərəb mediasında çıxış etməsini təmin etdik.

Xocalı sakinləri ilə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbulunda biz də vardıq.

 

İstanbulda İSTAD-ın Xocalı konfransında məruzəçi olaraq, çıxış etdikdən sonra Amsterdama – Xocalı ilə bağlı Avropa Azərbaycanlıları Konqressinin təşkil etdiyi “Xocalıya ədalət” simpoziumuna qatılmaq üçün yola düşdük.

 

Media ilə bağlı panelin çıxışçılarından biri bəndəniz idi.

 

Azərbaycanda prezident seçkilərinin müşahidə etmək üçün gələn Türkiyənin TV NET və Ülke TV telekanallarının rəhbərləri “Yeni Çağ”ın qonağı oldu.

Aprel ayının 5-də İstanbulda “İpəkyolu” jurnalı tərəfindən keçirilən mükafatlandırılma mərasimində “Türk Dünyasına Xidmət Ödülü” ilə mükafatlandırıldıq.

 

Elə həmin ayın sonlarında Azərbaycan Türk Qadınlar Cəmiyyətinin başqanı Tənzilə Rüstəmxanlı ilə birlikdə Türkiyənin bir çox şəhərində Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Cümhuriyyət Çıxışları” konfranslarına başladıq. Bu konfransların təşkilatçısı ATQC, media dəstəkçisi “Yeni Çağ” Media Qrupu idi.

Cümhuriyyət ilə başladıq. “Cümhuriyyət üçün yaz” kampaniyası ilə davam etdik. Azərbaycanda qeyri-dövlət və media sektorunun ən böyük lahiyəsinə imza atdıq. “Palmali” şirkətinin dəstəyi ilə sosial mediada böyük bir hadisə yaratdıq.

May ayı boyunca, 300 mindən çox insanın Cümhuriyyətlə bağlı yazmasına, bəyənməsinə və ən əsası məlumatlandırılmasına nail olduq.

Qalibləri isə random üsulu ilə canlı yayında seçərək, bütün iştirakçıların gözü önündə Cümhuriyyətə layiq bir iş ortaya qoyduq.

Tanınmış filosof Hakan Mengüçün iştirakı ilə “Pozitiv düşüncə və Mövlanə fəlsəfəsi” seminarının media dəstəkçisi “Yeni Çağ” idi.

 

Və Türkiyənin Azərbaycandakı Mədəniyyət Müşavirliyinin dəstəyi ilə Anadolu Yayınçılar Dərnəyi və “Yeni Çağ” Media Qrupu iyulun istisində çox önəmli bir proyektə imza atdılar. Türkiyənin 40 tanınmış imzasını, televiziya rəhbərini, köşə yazarını Azərbaycana gətirib, iki ölkənin media patronlarının birgə Media Forumunu keçirtdik.

Hər iki ölkədə günlərlə gündəm mövzusu olan Media Forum iştirakçıları Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov tərəfindən qəbul edildi.

Forum iştirakçıları son gün “Yeni Çağ” Media Qrupunu da ziyarət etdilər.

 

Bu il həm də 11 yaşımız idi. 5 sentyabrda bir yaş da böyüdük.

 

Bu ilki ən gözəl anlarımızdan biri də iki əməkdaşımızın ailə həyatı qurması oldu. İki müxbirimiz Eminlə Aydan bir-birlərini “Yeni Çağ”da tanıdılar, burada da ailə qurdular. Mikrofonumuzun dili yoxdur ki, şahidlik etsin.

Dünya şöhrətli tarixçi İlber Ortaylı Bakıya gələrkən, onu qarşılayan elə həmin “Yeni Çağ” mikrofonu idi.

Çoxsaylı resepsiyonlar, görüşlər, konfranslar arasında ən önəmlilərindən biri də Türkmənelinin bəylərinin “Yeni Çağ”ı ziyarəti idi.

 

“Yeni Çağ”ın əməkdaşı Fərid Əkbərov Rusiya Xarici İşlər Nazirliyində akkreditasiyadan keçdi.

Görüşlər öz yerində, 2017-ci il ilə müqayisədə “Yeni Çağ” Media Qrupuna aid saytlar oxucu sayını da artırdılar. 2017-ci il ilə müqayisədə unikal giriş sayında yüzdə 15, səhifələnmədə isə 100 faizdən çox irəliləyiş etdik.

 

Beynəlxalq “Alexa” Sorğu Mərkəzinin nəticələrinə görə, Yenicag.az hazırda Azərbaycan üzrə 19-cu yerdə qərar tutmaqdadır. Bu da ilk beş xəbər saytından biri olduğumuzu göstərməkdədir.

 

Bu arada Yenicag.az-ın video xəbərlərinin sayını artırmaq, yeni video proyektlər ortaya qoymaqla da 2018-ci il bizim üçün bir çox yeniliyin başlanğıcı olduq. Artıq hər həftəiçi saat 15.00-da Natəvan Abbaslının təqdimatında günün mühim xəbərlərini “Xəbər Çağı”nda izləyə bilərsiniz.

 

İlin sonuna yaxın “Yeni Çağ”ın üç dildə tətbiqini oxucularımıza təqdim etdik. Artıq həm IOS, həm də Android istifadəçisi olan izləyicilərimizə bir telefon qədər yaxınıq. Hər iki tətbiqimizi aşağıdakı linklərdən endirib, anında baş verənlərdən xəbərdar ola biləcəklər.

ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi

iOS əməliyyat sistemli smartfonlar üçün tətbiq

 

 

Bəli, çox məhsuldar bir 2018-ci ili arxada qoyduq. “Yeni Çağ”a gələnlər və gedənlər oldu. İtkilərimiz də oldu. Xüsusilə, rusdilli brendimiz “Novaya Epoxa”nın ekspertlərindən olan, Azərbaycanın dəyərli övladı Orxan Camalı itirməmizin yeri hələ də görünür. Çox ağırdı belə bir dost itkisi ilə üzləşmək…

Ardınca, həmkarımız Sevil Nuriyevanın həyat yoldaşı, daim məsləhətləri ilə yolumuzu aydınladan dostlarımızdan biri – Etimad İsmayılovun qətli ilə sarsıldıq. Etimad sadəcə mənim dostum deyil, “Yeni Çağ”ın davamlı müraciət etdiyi düşüncə sahiblərindən idi.

Milli düşərgə olaraq, itirdiyimiz Novruz əmi də hamımızı üzdü.

Qısacası, 2018-ci ili nöqtələdik. Artıq 2019-cu ildir.

Bu illə bağlı yaxşı düşüncələrimiz, gözəl planlarımız var…

Allah yar və yardımçımız olsun!

 

Aqil Ələsgər

www.yenicag.az

6520
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv