Vur çatlasın, çal oynasın… 2018-ci il şou aləmdə toylarla da yadda qalıb.
Yenicag.az xəbər verir ki, bu il ərzində bir çox sənət adamları subaylığın daşını atıb.
Mart ayında “Bozbash pictures”in Fəlakəti, aktyor Elşən Orucov İlahə adlı xanımla ailə qurub.
“Bozbash pictures”də “Ağsaqqal” obrazını canlandıran aktyor Azər Baxşəliyevin toyu da martda olub. O, tanınmış rəssam Nigar Seyidova ilə ailə qurub.
Xəzər TV-də yayımlanan məşhur “Ata ocağı” serialının qəhrəmanı, Akademik Milli Dram Teatrının aktyoru Elçin Əfəndinin toyu apreldə baş tutub.
May ayında müğənni Ülviyyə Tağıyeva ailə həyatı qurub.
İyunun ayında bəstəkar-müğənni Tunar özəl məktəblərdən birində müəllimə işləyən Ülviyyə adlı xanımla ailə qurub.
Xəzər Televiziyasının aparıcıları aşpaz Ağakərim Əbülfəzoğlu və Gülnarə Məmmədovanın da toyu iyun ayında baş tutub.
Müğənni Üzeyir Mehdizadə iyul ayında özünə “dərviş toyu” edib.
Noyabrda müğənni Vüsal Hacıyev özünə toy çaldırıb.
Noyabrda musiqiçi-aranjemançı Elvin İmanovun toyu olub.
“Ata ocağı” serialının Rəşidi, Akademik Milli Dram Teatrının aktyoru Rəşad Bəxtiyar da subaylığın daşını noyabr ayında atıb. O, Aygün adlı xanımla evlənib.
Müğənni Yaşar Cəlilov sentyabr ayında subaylığın daşını atıb.
İlin son ayında aktyor Elsevər Camalın toyu baş tutub.
Bu ay həmçinin, aktyor Murad İsmayılla aktrisa Ülviyyə Xəlilbəyli dünya evinə girib.
Allah xoşbəxt eləsin, sağ əlləri subay şou əhlinin başına.
Cəvahir
www.yenicag.az