“NordPass” parol menecerinin tərtibatçıları bu il istifadə olunmuş 200 ən zəif parol siyahısını dərc ediblər.
Yenicag.az “vesti.ru”ya istinadən xəbər verir ki, “NordPass”ın məlumatları 275699516 paroldan ibarət verilənlər bazasına əsaslanır.
Bu il “123456” ardıcıl rəqəmlər kombinasiyası lider olub. 2019-cu ildə isə “12345” parolu lider olmuşdu.
Parollardan yalnız 122894788 və ya 44%-i unikal olub. Top-200 ən zəif parol siyahısında 78 parol yenidir. Məsələn, “picture1” parolu üçüncü yeri tutub, “Million2” 15-ci, “aaron431” isə 18-ci yerdə qərarlaşıb. Əksər kombinasiyaların (“123456”, “123456789”, “password”, “qwerty”, “abc123” və sairə) müdaxiləsinə 1 saniyədən az vaxt lazımdır.
2020-ci ilin ən zəif parollarının ilk 20-liyi aşağıdakı kimidir:
- 123456
- 123456789
- picture1
- password
- 12345678
- 111111
- 123123
- 12345
- 1234567890
- senha
- 1234567
- qwerty
- abc123
- Million2
- 000000
- 1234
- iloveyou
- aaron431
- password1
- qqww1122
www.yenicag.az