!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“2021 və 2022-ci illərdə də büdcə kəsirinin böyük rəqəmlə ifadə olunmasına baxmayaraq...” – Keçmiş nazir

!Reklam – Yazi

“Azərbaycandan kənara çıxarılan və ölkəyə daxil olan pul kütləsi arasında 80 faizlik müsbət fərq mövcuddur”.

Bu fikirləri dekabrın 9-da Milli Məclisdə üçüncü oxunuşda qəbul olunan 2023-cü ilin dövlət büdcəsində büdcə kəsirinin 2 milyard 579 milyon 300 min manat həcmində müəyyənləşməsini şərtləndirən amilləri şərh edən sabiq maliyyə naziri, professor Saleh Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Ötən illərin təcrübəsinə əsaslanan keçmiş nazirin fikrincə, gələn ilin büdcə kəsiri proqnozu da özünü doğrultmayacaq:

“Öncə qeyd edim ki, ölkədə qeyri-neft büdcəsinin kəsirini ifadə edən rəqəmlər kifayət qədər böyükdür. Ancaq dövlət büdcəsinə ümumi yanaşdıqda və ölkənin resurslarını nəzərə aldıqda, bu qədər kəsirin olması real görünmür. Fikrimcə, iqtisadiyyatın tənzimlənməsi üçün büdcə kəsiri həmin rəqəmlə və formal olaraq göstərilib.

Digər tərəfdən, ona da diqqət yetirilməlidir ki, Neft Fondundan büdcəyə az vəsait köçürməklə, büdcə kəsirinin belə alınmasına şərait yaradıblar. Eyni zamanda bunun öz müsbət cəhətləri də var. Mənə belə gəlir, burada əsas məntiq ondan ibarətdir ki, dövlət borcları və qiymətli kağızlar bazarının formalaşdırılmasında dövlətin iştirakı təmin olunsun.

Əslində, dövlət büdcəsində kəsir olmamalıdır. Çünki ötən il də böyük həcmdə büdcə kəsiri planlaşdırılsa da, ilin sonunda dövlət büdcəsində təqribən iki milyard yarım manat profisit əmələ gəldi. Yəni yenə deyirəm, bu həddə büdcə kəsirinin planlaşdırılması bazarın formalaşdırılması məqsədindən irəli gəlir.

Maliyyə bazarının oturuşdurulması üçün dövlətin qiymətli kağızlarının bazara çıxarılması, həmçinin diskaunt faizinin müəyyənləşdirilməsi lazımdır. Məncə, büdcə kəsiri ilə bağlı bu amillər əsas götürülüb. O baxımdan, hesab edirəm ki, ötən il, hətta bu il olduğu kimi, gələn ilin büdcə kəsiri proqnozu da özünü doğrultmayacaq.

Büdcə artıqlığının yaranmasında dünya bazarlarında neftin qiymətinin oynaması ilə yanaşı Azərbaycanın valyuta ehtiyatlarının çoxalmasının da böyük rolu var. Hazırda ölkənin ağlagəlməz həcmdə valyuta ehtiyatları toplanıb. Buna görə dövlət baaşçısının, hökumətin məqsədyönlü fəaliyyəti mütləq qeyd olunmalıdır.

Hazırda dünyada cəmi bir neçə ölkənin – İsveçrə, Norveç, Çin və Sinqapur – valyuta ehtiyatları Ümumi Daxili Məhsulun həcmi ilə təqribən eynidir. Azərbaycan da bu ölkələrlə eyni sıradadır. Ancaq həmin ölkələrdə real pul artıqlığı var. Yəni o ölkələr öz pullarından həm səmərəli istifadə edirlər, həm də onlarda davamlı olaraq pul kütləsinin artıqlığı müşahidə edilir. Azərbaycandan kənara çıxarılan və ölkəyə daxil olan pul kütləsi arasında 80 faizlik müsbət fərq mövcuddur. Ancaq bu üstünlükdən effektli şəkildə istifadə olunması vacibdir”.

A.Zeynalov

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv