2024-cü il üçün ipoteka limitləri nə vaxt ayrılacaq? - RƏSMİ AÇIQLAMA

media-hightechnic-468x90

2024-cü il üçün İpoteka və Kredit Zəmanət Fondu tərəfindən müvəkkil banklara adi və güzəştli kreditləşmə üçün limitlərin ayrılması barədə məsələyə münasibət bildirilib.

Yenicag.az xəbər verir ki, Metbuat.az-ın sorğusuna cavab olaraq Fonddan qeyd ediblər ki, bu barədə hələki məlumat yoxdur.“Limitlərin açılması ilə bağlı yaxın zamanda ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, 2023-cü ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 461,7 milyon manat kredit verilib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, 2022-ci illə müqayisədə 9,2 % çoxdur. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 20,9 % artaraq 492 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği dəyişməyərək 450 milyon manat olub, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8 % azalaraq 87,6 milyon manata düşüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600