21 yaşlı qızın qeyri-adi cəsarəti
21 yaşlı Gülşah Merve adlı qız bütün Türkiyə sərhədlərini motosikl ilə gəzəcək
Yenicag.az xəbər verir ki, onun bu addımı türk qadınını cəsarətləndirmək, səsini ictimaiyyətə çatdırmaq o cümlədən xaricdə Türkiyənin müsbət imicini formalaşdırmaq məqsədi güdür.
Qeyd edək ki, Gülşah 36 günə Türkiyənin 28 şəhərinə səyahət etməyi planlaşdırır. Səfərinə İstanbuldan start verib.
Jurnalistlərin suallarını cavablandıran gənc qız: “Qız uşaqları daim basqı altındadır. Bu ölkədə qadınlar hər zaman təhdid olunur. Qadının özgüvən hissinin formalaşması uşaq yaşlarından başlamalıdır. Bir qadın təkbaşına, mübarizə aparmağı, həyatda qalmağı bacarmalıdır. Bu baxımdan mən ailəmə çox borcluyam. Bu nöqteyi nəzərdən, motosiklin dəyalnız kişilər tərəfindən idarə edilməyini, qadınların bu sahədə də müvəffəqiyyətli olduğunu göstərmək istəyirəm”-deyə fikrini ifadə edib.
Gülşah Merve həmçinin bu addımı ilə xarici ölkələrdə Türkiyənin müsbət imicini formalaşdırmaq niyyəti güdür.