22 nəfərə dövlət hesabına böyrək köçürülüb

media-hightechnic-468x90

İlin əvvəlindən indiyədək 22 nəfərə dövlət hesabına böyrək köçürülüb, 114 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində ilin yekun kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, bu il 12 sümük iliyi transplantasiyası aparılmış, onlardan 2 nəfər kəskin leykoz, digər 10 nəfər isə böyük beta-talassemiya xəstəsi olub.

Eyni zamanda 2018-ci ildə dövlət hesabına 998 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub, onlardan 246-sı uşaqlardır. Xəstələrə 1686 angioqrafiya müayinəsi aparılıb və onlardan 633 nəfərə angioplastika əməliyyatı icra olunub.

Son 3 ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılıb. Ümumilikdə 2018-ci ildə 280 mindən çox xəstəyə ən müxtəlif cərrahi əməliyyatlar həyata keçirilib./Trend/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05