Skuterə görə avtobusa buraxılmayan autizmli uşaqla bağlı RƏSMİ AÇIQLAMA

media-hightechnic-468x90

Bakıda 211 nömrəli avtobusun sürücüsü ilə qadın sərnişin arasında mübahisə yaşanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Bakıda qadın azyaşlı autizmli uşağı ilə əlində skuter olduğu üçün avtobusa buraxılmayıb.

Avtobus sürücüsü qaydalara zidd olduğunu bildirərək valideynin avtobusa minməsinə mane olub.

Məsələ ilə bağlı Yenicag.az olaraq “BakuBus” MMC-yə sorğu ünvanladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Əsmər Əliyeva bildirib ki, daşıyıcı baqaj daşıma qaydalarını sərnişinə düzgün izah edə bilməyib və yaranan hadisəyə görə azyaşlıdan üzr istəyiblər:

media-457522e3-e331-4eaf-b209-4267dd17bd95

“Sosial şəbəkələrdə yayılan videogörüntü ilə bağlı bildiririk ki, məsələ tərəfimizdən araşdırılıb. Araşdırma zamanı müəyyən edilib ki, hadisə zamanı avtobus sürücüsü tərəfindən uşaq skuterinin avtobusda daşınması ilə bağlı qüvvədə olan qaydalar düzgün tətbiq edilməyib. Bildiririk ki, avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının 5.1-ci bəndinə əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ölçüləri uzunluğu 60, eni 40, hündürlüyü isə 20 sm-dək, çəkisi 20 kq-dan çox olmayan bir ədəd əlyükü və uşaq arabasını daşınma haqqı ödənilmədən aparmaq hüququna malikdir. Baş vermiş hadisə zamanı sürücü tərəfindən qaydaların tətbiqində anlaşılmazlıq yaranıb. Bununla əlaqədar sərnişindən, xüsusilə də azyaşlı övladından üzr istəyirik. Hadisə ilə bağlı sürücü barəsində müvafiq intizam tədbiri görüləcək, eyni zamanda analoji hadisələrin təkrarlanmaması məqsədilə bütün sürücülər üçün mövcud qaydalar üzrə əlavə təlimatlandırma aparılacaqdır.”

 

Nurlan Cəfərli

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05