Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə tədbir təşkil edildi

Türkiyə Böyük Millət Məclisinin quruluşunun 100-cü il dönümündə 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Yunus Əmrə İnstitutu tərəfindən videobağlantı formatında tədbir təşkil edilib.

Yenicag.az xəbər verir ki, Türkiyənin təhsil naziri Ziya Səlcuqla yanaşı, Azərbaycanın təhsil naziri Ceyhun Bayramovun da iştirak etdiyi tədbirə fərqli ölkələrin dövlət rəsmiləri də qatılıb.

58 ölkədən yüz uşağın mahnı oxuyub, şeir söylədiyi və milli rəqslər ifa etdiyi proqramın açılışında çıxış edən Yunus Əmrə İnstitutunun rəhbəri Şərəf Atəş Türkiyə Böyük Millət Məclisinin 100 il əvvəl Türkiyənin suverenliyinin və müstəqilliyinin simvolu olduğunu ve Qazi Mustafa Kamal Atatürkün bu əhəmiyyətli günü təkcə türk uşaqlarına deyil, bütün dünya uşaqlarına hədiyyə etdiyini deyib.

Atatürkün uşaqlara dəyər verdiyini, çünki onların həyatın davamı olduğunu bilərək hərəkət etdiyini söyləyən professor Ş.Atəş proqramda iştirak edən uşaqların dünyanın müxtəlif rəngləri və əks olunması olduğunu qeyd edib.

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam isə çətin bir dövrdə belə bir tədbirə qatılmağın sevincini tam olaraq yaşaya bilmədiyini və yeni prosesdə yeni təcrübələrlə çox fərqli təşəbbüslər üçün zəmin yaradılacağını düşündüyünü deyib.

Tədbirdə iştirak edən Azərbaycanın təhsil naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin qurulması münasibətilə Türkiyə Respublikasının böyük bayramı olaraq Milli Suverenlik və Uşaqlar günü kimi qeyd edilməsinin təkcə Türkiyədə deyil, bütün dünyada uşaqların qorunmasına diqqəti cəlb edən mühüm bir hadisə olduğunu bildirib.

C.Bayramov bildirib ki, 23 aprel Türkiyə Respublikasının qurucusu olan Mustafa Kamal Atatürk tərəfindən təkcə türk uşaqlarına deyil, bütün dünya uşaqlarına hədiyyə edilən bir gündür: “Bu gün koronavirus pandemiyası səbəbindən sevimli uşaqlar sevdikləri bir çox şeylərdən məhrum olaraq məcburən evdə, məktəbdən uzaq qalıblar. Lakin həm Azərbaycan, həm də Türkiyə dövlətinin yaratdığı imkanlar onları təhsildən kənarda buraxmayıb. Dövlətlərimiz əlindən gələni edir ki, uşaqlarımızın parlaq gələcəyi, dövlətlərimizin fasiləsiz inkişafı naminə onların təhsili əldə olan bütün imkanlarla davam etdirilsin”.

Türkiyənin təhsil naziri Ziya Səlcuq da bu günün xüsusi və gözəl bir gün olduğunu, bütün dünya uşaqlarına da hədiyyə edildiyini söyləyərək Türkiyə Böyük Millət Məclisinin açılışının 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. O, yazının həqiqəti, sözün doğrunu söylədiyi Anadolunun qədim, bərəkətli torpaqlarının hər daim sevgi və xoş niyyəti ehtiva etdiyini vurğulayıb: “Qurtuluş Savaşımızın öndəri və ilk prezidentimiz Qazi Mustafa Kamal Atatürk də Böyük Millət Meclisimizin açılış gününü təkcə ölkəmizdəki uşaqlara deyil, bütün dünya uşaqlarına bayram olaraq hədiyyə edərək nadir rast gəlinən bir liderlik göstərmişdir. Bu, tarixin hər dövründə mədəniyyətimizin müqəddəs duruşudur”.

Türkiyənin xaricdəki 35 səfirinin də qatıldığı tədbirdə İordaniya şəhzadəsi Asim bin Naif, Şimali Makedoniyanın dövlət naziri Elvin Həsən ve mədəniyyət naziri Hüsni İsmaili, Şimali Kipr Türk Respublikasının təhsil və mədəniyyət naziri Nazim Çavuşoğlu, Bosniya və Herseqovinanın təhsil, mədəniyyət və elm naziri Roşid Hadzoviç, Kosovo Məclisinin vitse-prezidenti və 23 Aprel Kosovo Türkləri Milli Bayram Təşkilat Komitəsinin prezidenti Fikrim Damka, Albaniyanın təhsil nazirinin müavini Nina Guga, Kosovo Respublikasının təhsil, elm və texnologiya nazirinin müavini Enis Kervan da çıxış edib.

Dünyanın 58 fərqli ölkəsindən yüz uşağın mahnı oxuyub, şeir söylədiyi və milli rəqslər ifa etdiyi tədbirdə 4 saylı Uşaq və Gənclərin İnkişaf Mərkəzindən Xədicə Qasimova Azərbaycan xalq rəqsi “Naxçıvani”ni ifa edib, Bakı Türk İbtidai Məktəbindən Pərvin Məsimova isə “Hayat Bayram Olsa” mahnısını oxuyub.

Loading...

www.yenicag.az

442
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100