!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

23 il Şuşada yaşamış rus qadının QƏLB SIZLADAN XATİRƏLƏRİ — VİDEO

!Reklam – Yazi

Yenicag.az xəbər verir ki, o, Şuşaya Uraldan gəlib:

Anamla Uraldan gəlmişəm. Biz anamla Uralda yaşayırdıq. Orada həyat yoldaşımla tanış olduq və evləndik. Sonra isə 1969-cu ildə Şuşaya köçdük.Oorada işləyirdim, uşaqlarım doğulandan sonra da işimi davam etdirdim. Hətta mənim deputat kitabçam da var. Şuşa çox qədim və qəşəng şəhər idi. Qədim məscidlər vardı. Çox yaxşı dincəlirdik. Meşəyə, kinoya, teatra gedirdik. Meyvə bağımız vardı, zoğal qurudurduq, meyvələrdən cürbəcür azuqələr hazırlayırdım Cıdır düzünün öz gözəlliyi vardı, tez-tez orada da dincəlirdik. Böyük oğlum 1988-ci ildə əsgərlikdən gəldi. Bu hadisələr yenicə başlamışdı. Həyat yoldaşım oğlumla 1992-ci ilə qədər Şuşada döyüşdü. Şuşa hər tərəfdən atəşə tutulurdu. Ermənilər oranı atəşə tutanda göydən sanki güllə yağışı yağırdı. Döyüşlər şiddətləndiyi zaman hamı oradan köçməyə başladı, mən də uşaqları götürüb, oradan çıxdım. Yoldaşım məni evimizdəki əşyalardan heç nəyi götürməyə qoymadı, bildirdi ki, onsuz da 2-3 günə qayıdacağıq. Məni bir kibrit çöpü belə götürməyə qoymadı. Dörd otaqlı evimi, iri meyvə bağımı qoyub çıxdıq”.

Nadejda deyir ki, həyat yoldaşı 3 aydır vəfat edib:

“Mənə deyirdi, dur, hamı yatıb, gedək Şuşaya. Deyirdim, necə gedək ora, Şuşa ermənilər tərəfindən işğal olunub. Avtobus yox, avtomobil yox, necə gedəcəksən? Oğlum Bəxtiyar atası ilə birgə son günə qədər Şuşada qaldılar.

Şuşa ermənilər tərəfindən işğal edildikdən sonra Bəxtiyar 2-3 il burada yaşadı. Daha sonra o, Şuşasız yaşaya bilmədiyini deyərək, cəbhəyə vuruşmağa getdi. 1994-ci ildə –  3 mayda o şəhid oldu. Mayın 10-da isə atəşkəs elan olundu. Onun 1 həftə vaxtı çatmadı ki, atəşkəsə qədər yaşasın. Mən Şuşaya geri dönmək istəyirəm. Sülh şəraitində yaşamaq istəyirəm. Mənim 40 yaşlı kiçik oğlum Bakıya gələndə onun 13 yaşı vardı. Bura köçdüyümüz gündən 27 il keçib, bu, zarafat deyil, bir ömür keçib. Mən bütün insanlara sülh və əminamanlıq arzu edirəm. Xüsusən Şuşadan olan qaçqınlara arzu edirəm ki, tezliklə öz torpaqlarına qayıtsınlar. Bütün insanlar mehriban yaşamalıdırlar.

Dünən elə oğlumla bu barədə söhbətləşirdik. Deyirəm, bizə 5-6 aydır mənzil veriblər, bu gün eşitsən ki, Şuşaişğaldan azad edilib, nə edərsən? Oğlum deyir,  mən ayaqyalın Şuşaya gedərəm, deyirəm, elə mən də. Eşitsəm ki, Şuşa qaytarılıb, bütün buradakı şəraitimdən imtina edib ora Şuşaya qayıdaram, təki o torpağı bizi qaytarsınlar”./Ölkə.Az/

www.yenicag.az

730
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv