255 minlik BMW, bahalı nömrə: Balaəliylə bağlı ŞOK İDDİA

media-hightechnic-468x90

Meyxanaçı Balaəli Maştağalının (Bala Əli Rzayev) bir müddət öncə özünə lüks avtomobil alması müzakirələrə səbəb oldu.

37 yaşlı söz ustadının BMW X7 markalı avtomobilinin 2023-cü il modelinin qiyməti 255 min manatdır.

Yenicag.az xəbər Balaəlinin zəngin həyat tərzi keçirməsinə şübhə edənlər də var. Bəzi adamlar düşünür ki, meyxanaçının idarə etdiyi bahalı avtomobillər, o cümlədən görüntülərdə əks olunan bahalı nömrələr başqalarına məxsusdur. Tanınmış jurnalist Pərviz Həşimli də sözügedən avtomobilin Balaəliyə aid olmadığını iddia edib. Onun sözlərinə görə meyxanaçı tez-tez lüks avtomillərin yanında dayanaraq şəkil çəkdirir və özünü zəngin göstərməyə çalışır.

Qeyd edək ki, Balaəlinin 77-BM-777 nömrəli qeydiyyat nişanı bu ilin may ayında 38 min manata satışa çıxarılmışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600