“28 May”dan “Nizami”yə piyada getmək zülmdür” – “Avtobus pulsuz olsun”

media-hightechnic-468x90

 

“Hazırda avtobus parkında o qədər sayda avtobus yoxdur ki, metrodan istifadə edə bilməyəcək sərnişinlərin tələbatını ödəyə bilsin. Nəzərə alaq ki, söhbət 100 minlərlə sərnişindən gedir”.

Bu sözləri “Yeni Sabah”a nəqliyyat eksperti Aslan Əsədov deyib.

O bildirib ki, metronun “Dərnəgül” istiqamətində hərəkət edən “Yaşıl” xətdə hərəkətin məhdudlaşdırılması yerüstü nəqliyyatda ciddi tıxaclara səbəb ola bilər:

“Sözsüz ki, bu hal ciddi tıxaca səbəb olacaq. Hətta nəqliyyatın hərəkətində iflicolmaya belə gətirib çıxara bilər. Qarşısını almaq isə çətindir. Hazırda avtobus parkında o qədər sayda avtobus yoxdur ki, metrodan istifadə edə bilməyəcək sərnişinlərin tələbini ödəyə bilsin. Nəzərə alaq ki, söhbət 100 minlərlə sərnişindən gedir.

Digər tərəfdən, “28 May”-“Nizami” metrosu çevrəsində əlavə avtobusların hərəkəti üçün şərait də yoxdur. “Nizami” metrosu istiqamətindəki əraziyə baxsaq, əsas yük Füzuli meydanı üzərinə düşəcək. Bu da hərəkətin təşkilində müəyyən problemlər yaradacaq.

Yerdə qalan variantlardan biri də vətəndaşların piyada hərəkətidir, yəni “28 May” stansiyasından “Nizami” stansiyasına qədər təxminən 4 kilometrə yaxın məsafə qət edilməlidir. Hər gün bu yolu piyada getmək zülmdür!

Əsas məsələ, metropoliten işləri uzunmüddətli tətillər dövründə aparılsın. Misal üçün, may ayından sentyabr ayının 15-ə qədər. Başqa bir alternativ variant yoxdur”.

Ekspert “28 May”dan “Nizami”yə sərnişinlərin daşınması üçün pulsuz ekspress avtobusların istifadəsi variantını irəli sürüb:

“Bu gün “Həzi Aslanov” stansiyası da görülən işlər səbəbindən bağlıdır. Amma bu, sərnişindaşımada çox da hiss olunmur. “28 May” stansiyasının qismən məhdudlaşdırılmasıni isə hansısa alternativ vasitə ilə kompensasiya etmək çox çətindir.

Vətəndaşlar üçün gedişhaqqı artacaq, nəqliyyat qiymətlərində isə ucuzlaşma mümkün görünmür. Amma ekspress avtobuslarla “28 May”dan “Nizami”yə hərəkəti təmin etmək olar. Müəyyən subsidiya müqabilində 2 və ya 5 dəqiqəlik intervalla belə bir marşurt qrafiki təyin etmək mümkündür. Amma ödəmişsiz!”

Xatırladaq ki, Baku TV-yə müsahibəsində “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani deyib:

“Metropolitendə nəzərdə tutulan dəyişikliyə əsasən, “Yaşıl” xətdə sonuncu dayanacaq “Nizami” stansiyası olacaq. Məsələn, “Əhmədli” stansiyasından “İnşaatçılar” stansiyasına səfər planlaşdıran sərnişin “Cəfər Cabbarlı” stansiyasından çıxacaq. Alternativ marşurt vasitələri ilə “Nizami” metrosuna hərəkət edəcək. “Nizami” stansiyasından isə yenidən “yaşıl” xəttə qoşulacaq”.

Bu dəyişiklik müvəqqəti tədbir kimi nəzərdə tutulsa da, ciddi ictimai narazılıq doğurub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600