!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“28 May və 18 Oktyabr bayramlarının adlarının dəyişdirilməsi normaldır, amma...” - İstiqlalçı deputatdan REAKSİYA

!Reklam – Yazi

“Bu bayramların əhəmiyyəti nəzərə alınaraq, hər ikisi qeyri-iş günü elan olunmalıdır”.

Bu fikirləri 28 May – Respublika Günü ilə 18 Oktyabr – Milli Müstəqillik Gününün adlarının Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü kimi dəyişdirilməsinə dair qanunvericilik təşəbbüsünə münasibbət bildirən keçmiş təhsil naziri, istiqlalçı deputat Firudin Cəlilov deyib.

Onun sözlərinə görə, burada əsas məsələ həmin tarixlərin gərəkən təntənə ilə qeyd olunmasıdır:

“Əslində, bu təşəbbüs normal qiymətləndirilməlidir. Çünki 1918-ci il mayın 18-də Azərbaycanın istiqlaliyyəti, müstəqilliyi elan edilib. O tarix uzun müddət Respublika Günü kimi qeyd olunsa da, 28 may öz mahiyyəti etibarilə, müstəqillik günüdür.

1991-ci il oktyabrın 18-də Müstəqillik Haqqında Konstitusiya Aktının qəbul edilməsilə, 1920-ci il aprel işğalı nəticəsində itirilmiş müstəqilliyimiz rəsmən bərpa olunub. O baxımdan, bu bayramlar və onların adları bir-birini tamamlayır.

Lakin burada əsas məsələ həmin tarixlərin gərəkən təntənə ilə qeyd olunmasıdır. Müstəqillik günü xüsusi çoşqu və təntənə ilə qeyd edilməlidir ki, xalq, xüsusilə, yeni nəsillər bu dəyərin əhəmiyyətini daha yaxşı qavrasın. Ona görə də, tək 28 may deyil, 18 oktyabr da qeyri-iş günü elan olunmalıdır”.

A.Zeynalov

www.yenicag.az

840
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv