“3+3” formatı və Zəngəzur DƏHLİZİ: “İran və Rusiyanın da maraqlarına uyğundur”

media-hightechnic-468x90

“Əgər söhbət Zəngəzur kimi strateji əhəmiyyətə malik bir dəhlizdən, yəni mühüm kommunikasiya xəttindən gedirsə, şübhəsiz ki, burada yalnız bir ölkənin yox, bütün region dövlətlərinin faydalanması mümkündür. Bu dəhlizin açılması həm İranın, həm Rusiyanın, həm də digər qonşu ölkələrin maraqlarına uyğundur”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

media-hikmetbabaoglu1

O, Zəngəzur dəhlizin regiona verəcəyi töhfələrlə yanaşı, bölgə ölkələrinin sözügedən məsələyə qarşı birmənalı olmayan mövqelərini şərh edib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə əvvəldən bu məsələni yalnız dəhliz kontekstində deyil, ümumi olaraq “3+3” regional əməkdaşlıq formatı çərçivəsində irəli sürmüşdülər:

“Məncə, bu formatın potensialı hələ də qalır. Çünki qarşılıqlı iqtisadi əməkdaşlıq, təbii olaraq, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına təkan verir. Nəticədə, eyni coğrafiyada yaşayan ölkələr bir-birini kənara itələyə bilməz, çünki qonşuluq, əməkdaşlıq və qarşılıqlı asılılıq qaçılmazdır”.

Müsahibimiz xatırladıb ki, Vaşinqtonda imzalanan sazişdən sonra Rusiya da öz mövqeyini bəyan etdi:

“Moskva ümidini ifadə etdi ki, bölgədə kommunikasiya xətlərinin açılması və idarə olunmasında iştirak edə biləcək. Bu, əslində, mümkündür. Əgər burada hərbi iddialar olmayacaqsa və məsələ sırf iqtisadi çərçivədə qalacaqsa, Rusiya böyük iqtisadi potensiala və resurslara malik bir dövlət kimi prosesə töhfə verə bilər”.

“Qeyd etmək lazımdır ki, indiyədək Rusiya və İran arasında nəzərdə tutulan “Şimal-Cənub” nəqliyyat dəhlizi, xüsusilə də dəmiryolu bağlantısı, tam reallaşmayıb. Buna görə də sırf iqtisadi baxımdan Zəngəzur dəhlizində əməkdaşlıq tamamilə məntiqli görünür. Hazırda elə bir reallıq yaranıb ki, emosional mərhələ arxada qaldıqdan sonra Rusiya baş verənləri soyuqqanlı və məntiqli qiymətləndirərək, regiondakı bu proseslərə qoşula, hətta aktiv şəkildə töhfə verə bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa