!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

3 rus təyyarəsi NATO hava məkanına girdi

!Reklam – Yazi

Finlandiya və Estoniya ildırım səbəbindən üç Rusiya təyyarəsini hava məkanlarına buraxıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

“Kalininqrad neytral suları üzərində uçuş həyata keçirən “Rusiya”, “Ural hava yolları” və “Severnıy Veter” aviaşirkətlərinə məxsus 3 təyyarə çətin hava şəraiti səbəbindən Finlandiya və Estoniya hava məkanlarına daxil olmaöa məcbur olublar”, – məlumatda qeyd olunub.

Məlumata görə, hər iki ölkənin aeronaviqasiya xidmətləri Hava Hərəkatı Təşkilatı ilə birlikdə rus təyyarələrinin təhlükəsiz hərəkətini təmin ediblər.

“Rosaviasiya” Finlandiya və Estoniyanın səlahiyyətli orqanlarına təşəkkür edib və lazım gələrsə, xarici təyyarələrin Rusiya hava məkanında təhlükəsiz keçidini təmin etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Finlandiya və Estoniya NATO üzvü ölkələridir.

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv