3 uşağı xilas edərkən özü öldü

media-hightechnic-468x90

hujRusiyanın paytaxtı Moskva şəhəri yaxınlığında 3 azyaşlını xilas edən azərbaycanlı Səlamətdin Nağıyev özü ölüb.

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyevin verdiyi məlumata görə, hadisə iyunun 7-də baş verib.

Moskva yaxınlığındakı Pexorka çayında batan üç yerli uşağı xilas edən S. Nağıyev özü çayda burulğana düşərək batıb. O, Azərbaycandan Moskvaya atasının yanına qonaq gedibmiş. S. Nağıyev çayın ətrafında gəzərkən suda batan uşaqları görüb və onları xilas etmək üçün özünü çaya atıb. İki qız uşağını xilas edən azərbaycanlı üçüncü qızı xilas etmək istəyərkən burulğana düşüb. Şahidlərin sözünə görə, hər şey çox tez baş verdiyindən ətrafdakılar köməyə çata bilməyib.

Xilasedicilər S. Nağıyevin cəsədini sudan çıxarıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600