3 yaşlı qız çayda boğulub

media-hightechnic-468x90

jjjjjjjuihıMasallı rayonunda bədbəxt hadisə baş verib.

Hadisə Masalı rayonunun Abbasbəyli kəndində qeydə alınıb.

2011-ci il təvəllüdlü Zəhra Əli qızı Qasımzadə Viləş çayının evlərinin yaxınlığından keçən qoluna düşüb. Hadisə şahidlərinin məlumatına görə, 3 yaşlı Zəhra bacı-qardaşları ilə oynayan zaman ayağı sürüşüb və çaya yıxılıb. Bu zaman onun 2008-ci il təvəllüdlü qardaşı Hüseyn Zəhranı tutmaq üçün özünü çaya atıb.

Əli Qasımzadənin evində qonaq olan şəxs Hüseyni çaydan çıxara bilib. Bir qədər sonra sudan çıxarılan 3 yaşlı uşağın isə öldüyü məlum olub.

Hadisə yerinə rayon Prokurorluğunun əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa