Bir müddətdir, türk iş adamı ilə sevgili olan aktrisa Hande Erçel izləyicilərini xərcə salacaq.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, oynadığı rollar və şəxsi həyatı ilə tez-tez gündəmə gələn və 31 milyon izləyicisi olan aktrisa “Instagram”ın da aktiv istifadəçisidir.
Məlumata görə, o, artıq öz səhifəsində fotolarını abunəçilərə özəl qaydada paylaşacaq. Bu isə o deməkdir ki, aktrisanın özəl paylaşımlarını görmək istəyənlər 32.99 lirə (təxminən 2 AZN) ödəməli olacaq.
Qeyd edək ki, daha öncə “Instagram” fenomenı olan Şeyma Subaşı “ödənişli rejim”ə keçib. Onun paylaşımlarının abunə məbləği isə 119.99 lirə(təxminən 8 AZN) təşkil edir.
www.yenicag.az