!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

32 il sonra şəxsiyyəti müəyyənləşdirilən şəhid dəfn olundu

!Reklam – Yazi

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilənlərdən biri də Səbuhi Yamən oğlu Süleymanovdur.

Yenicag.az xəbər verir ki, Birinci Qarabağ müharibəsində naməlum şəhid kimi Tərtərdə şəhidlər qəbiristanlığında dəfn edilən Səbuhi Süleymanovun nəşinin qalıqları bu gün Şəkinin Cəfərabad kəndinə gətirilib.

Şəhidin nəşi əvvəlcə ailəsinə təhvil verilib. Ata yurdunda şəhid üçün vida mərasimi keçirilib.

Mərasimdə yüzlərlə kənd sakini, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Səbuhi Süleymanov 1972-ci ildə anadan olub. İkiillik hərbi xidmətdən sonra döyüşlərə könüllü qatılıb. Ailədə üç övlad olublar. 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

www.yenicag.az

110
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv