350 kiloqramlıq yeni bayrağımız

media-hightechnic-468x90

74109Bu gün Azərbaycanın ən böyük bayrağı havaya qaldırılıb. İlk dəfə ictimaiyyət üçün açıq olan prosesi onlarla sadə vətəndaşla yanaşı tanınmışlar da izləyib. Onların arasında idmançılar, müğənnilər, deputatlar da olub.

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin təşkilatçılığı ilə bayrağımızın 162 metrə ucaldılmasını izləyənlər arasında Əməkdar artist Ədalət Şükürov, Elnur Məmmədli,Səidə Sultan, Olimpiya çempionları Namiq Abdullayev, Fərid Mansurov, Qənirə Paşayeva da var idi.

Qeyd edək ki, ən böyük bayrağımızın çəkisi 350 kiloqramdır. Onun 162 metrlik dirəyi dünyada ən hündür bayraq dirəyi adına layiq görülüb. Bayrağın eni 35, uzunluğu 70 metrdir

Nəhəng bayrağı 40-a yaxın insan çiynində meydana gətirib (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600