Reklam: High Technic
hightechnic

4 yaşlı uşağı avtomobil vurdu – Şamaxıda

Şamaxıda 4 yaşlı uşağı avtomobil vurub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Nazim Hikmət küçəsində baş verib.

Belə ki, 2013-cü il təvəllüdlü Etibarlı Hüseyn Nemət oğlu küçədə oynayarkən onu avtomobil vurub. Ağır xəsarət almış uşaq xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır olduğundan H. Etibarlı daha sonra Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.yenicag.az

743