!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Atəşkəsin pozulması Ermənistan tərəfindən Rusiyanın pası ilə aparılan siyasətdir" - İlham İsmayıl

!Reklam – Yazi

“Atəşkəsin pozulması hərbi təyinatlarla eyni günə təsadüf etsə də, onunla əlaqədar deyil”.

Bu fikri Yenicag.az-a açıqlamasında Qarabağda və dövlət sərhədində atəşkəsin intensiv pozulmasını şərh edən təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl səsləndirib.

İlham İsmayıl bildirib ki, atəşkəsin pozulması Ermənistan tərəfindən Rusiyanın pası ilə aparılan siyasətdir:

“Bu, sadəcə atəşkəs, təxribat deyil. Bunun arxasında prezident İlham Əliyevin “münaqişə bitmişdir” sözünün əleyhinə olan güclər durur. Onlar deyir ki, münaqişə bitməyib. Nəinki təmas xəttində, dövlət sərhədində də bu proseslər davam edir. Bununla göstərmək istəyirlər ki, məsələyə ATƏT-in Minsk Qrupu cəlb edilməlidir. Paşinyan Fransaya müraciət etdi. Fransa hətta sərhədə qüvvə göndərmək fikrini də ortaya atıb. Bu, çox çətin məsələdir. Çünki Rusiya qətiyyən razı olmaz ki, Ermənistan sərhədinə hansısa beynəlxalq qüvvə cəlb edilsin. Bunlar hamısı məsələnin böyüməsi, uzanması, bitmədiyini göstərməkdir.

Qlobal güclər Cənubi Qafqaz uğrunda mübarizəni davam etdirir. Ermənistan düşünür ki, məsələ uzansa, situasiyanı öz xeyrinə dəyişəcək. Ermənistan gözləyir ki, Qarabağa yardımlar təşkil edə bilsin, orada ermənilərin sayını artıra bilsin.

Ermənistanın məsələni uzatmağının bir səbəbi də var. Ermənistandan fərqli olaraq, Azərbaycanda qərarları bir nəfər qəbul edir. Ona görə də təzyiq bir istiqamətə yönəlir.

Bizdə təəssüf ki, problem parlamentə keçmir. Parlament problemlə bağlı qərar qəbul etməlidir. Belə olan halda, bir nəfərə təzyiq çoxalanda, bir nəfər deyəcək ki, bu mənim yox, parlamentin qərarıdır.

Ortada vətəndaş cəmiyyəti də yoxdur. Bir neçə nəfərin etiraz etməsi, yazılar yazması məsələni asanlaşdırmır”.

Səxavət Məmməd

www.yenicag.az

1593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv