44 günlük müharibədən Zəngəzur DƏHLİZİNƏ: Qələbənin iqtisadi bəhrəsində NƏLƏR DAYANIR?

media-hightechnic-468x90

“Dəhlizin açılması ilə Türkiyədən başlayaraq Azərbaycanın üzərindən Orta Asiyaya qədər uzanan fasiləsiz ticarət yolu formalaşacaq. Bu isə yalnız türk dövlətləri arasında ticarətin artmasına deyil, eyni zamanda bütün regionun iqtisadi inkişafına mühüm töhfə verəcək”.

Bunu Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Fuad Tuncer deyib.

media-whatsapp-gorsel-2025-08-22-saat-16-26-16_b084c3d1

O, Türkiyənin Ticarət naziri Ömər Bolatın Zəngəzur dəhlizinin türk dövlətlərinin iqtisadiyyatına müsbət təsiri ilə bağlı çıxışını şərh edib.

Siyasi şərhçi bildirib ki, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın böyük qələbəsi ilə başa çatdı.

“Bu qələbə Cənubi Qafqazda davamlı sabitliyin qapısını araladı. Zəngəzur dəhlizi də məhz bu sabitliyin ən mühüm bəhrələrindən biridir. Dəhlizin açılması ilə Türkiyədən başlayaraq Azərbaycanın üzərindən Orta Asiyaya qədər uzanan fasiləsiz ticarət yolu formalaşacaq. Bu isə yalnız türk dövlətləri arasında ticarətin artmasına deyil, eyni zamanda bütün regionun iqtisadi inkişafına mühüm töhfə verəcək”.

Onun sözlərinə görə, bu dəhlizin ən əhəmiyyətli qazancılarından biri də Ermənistan, Türkiyə və Azərbaycan arasındakı münasibətlərə müsbət təsir göstərməsidir:

“Dəhlizin açılması iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradacaq və regional inteqrasiyanı sürətləndirəcək. Normallaşma prosesinin davam etdiyi dövrdə iqtisadi əlaqələr üzərindən qurulan bağlar siyasi dialoqu da təşviq edəcək. Ticarətin artması isə ölkələr arasında qarşılıqlı asılılığı gücləndirərək regiondakı gərginliklərin azalmasına xidmət edəcək”.

“Bu layihə bir arzunun gerçəyə çevrilməsidir və inanıram ki, bölgəyə uzunmüddətli sülh və rifah gətirəcək. Zəngəzur dəhlizi yalnız ticarət yolu deyil, eyni zamanda türk dünyasının tam mənada birləşməsinə xidmət edən və bütövlükdə regionda sabitliyin təminatına töhfə verən bir layihədir”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa