!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

44 günlük Vətən müharibəsinin xronikası: 19 oktyabr

!Reklam – Yazi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Yenicag.az Vətən müharibəsinin xronikasını təqdim edir.

– Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

– Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib.

– Prezident İlham Əliyev Ermənistanın humanitar atəşkəs rejimini pozaraq yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması ilə bağlı “twitter”də paylaşım edib:Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub.

– Prezident İlham Əliyev Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik edib.

– Prezident İlham Əliyev Cəbrayıl rayonunun bir neçə kəndlərinin işğaldan azad edilməsi ilə bağlı “twitter”də paylaşım edib:Rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!

– Düşmənin döyüş texnikası və silah-sursatı məhv edilib. Ermənistanın məhv edilən hərbi texnikalarının siyahısı açıqlanıb.

– Düşmən taborunun qərargah rəisi məhv edilib.

– Ermənistan silahlı qüvvələri Tərtər rayonunu atəşə tutması nəticəsində, ev sahibi ağır xəsarət alıb.

– İran Ermənistana məxsus PUA-nı vurub.

– Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutub.

– Azərbaycan Ordusu ermənilərin atıb qaçdığı daha bir neçə hərbi texnikanı ələ keçirib.

– Ağdamda ermənilər AzTV-nin çəkiliş qrupunu atəşə tutub, jurnalist yaralanıb.

– Müdafiə Nazirliyi Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlərin videogörüntüsünü yayımlayıb.

www.yenicag.az

554
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv