Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Gülən-PKK ittifaqının Türkiyəyə qarşı qanlı planı

fetullah-gulan-ocalanFətullah Gülən Şəbəkəsi Türkiyədə ayaqda qalmaq üçün sonuncu dəyərdən-dünənə qədər müdafiə etdiklərini söylədikləri millətçilikdən də imtina etdilər. Yenicag.az xəbər verir ki, ötən ilki bələdiyyə seçkilərində illərlə din düşməni olaraq qələmə verdikləri, Türkiyənin qurucu cümhurbaşqanı Mustafa Kamal Atatürkə həqarətlə “Beton Kamalın partiyası” adlandırdıqları Cümhuriyyət Xalq Partiyasına səs istədikləri kimi bu dəfə də hətta öz camaatlarını belə çaş-baş salan qərara imza atıblar. Belə ki, bu dəfə illərlə əleyhinə çalışdıqları, hətta MİT başçısı Hakan Fidanı görüşdüyü üçün həbs etdirmək istədikləri, Türkiyə dövlətini və hökumətini əməkdaşlıq etməkdə suçladıqları PKK ilə birlikdədirlər.

Gülənin media imamı və qəzetinin baş redaktoru olan Əkrəm Dumanlının gizli olaraq, Diyarbəkrə getdiyi və şəhərin PKK-nın siyasi qanadı olan HDP-dən olan başçısı Gülten Kışanak ilə arxa qapıdan girərək görüşməsi sosial medianı da çalxalayıb. Bu görüşün üzə çıxmasının ardından Əkrəm Dumanlının belə bir görüşü inkar etməyərək, verdiyi açıqlama isə şok effekti yaradıb. Belə ki, bir neçə il öncəsinə qədər PKK lideri haqqında “30 min türkün qatili”, “Haşhaşi” deyərək, PKK-nın silahı yerə qoyması üçün danışıq aparan türk yetkililərini xəyanətlə suçlayan Dumanlı Öcalandan “sayın” (cənab) deyə, bəhs edib.

Bu görüşü dövlətin çözüm sürəcində Öcalan ilə görüşməsi ilə müqayisə edən Gülənin media imamı “sizə olar, mənə yox” deyərək, Paralel Dövlət olduqları iddiasını bir daha ortaya qoyub.

Dumanlı eyni zamanda HDP-nin seçki baryerini (minimum 10%) keçməsinin çox mühüm olduğuna dair çıxış edərək, Camaata Gülənin mesajını ötürüb.

Belə ki, seçimi üç partiya qazandığı təqdirdə, istənilən halda AKP-nin təkbaşına hökumət qurmaq imkanı olur. Digər iki partiyanın səslərini artırma şansı da çox deyil. Ancaq kürd səslərinin böyük əksəriyyətinin AKP-yə getdiyini nəzərə alsaq, HDP-nin seçki baryerini aşması demək, minimum 50 mandat itirməsi deməkdir. Bu səbəbdən də Ərdoğan düşmənlərinin tək hədəfi HDP-ni partiya olaraq, məclisə salmaqdır. Çünki HDP-nin alacağı hər mandat AKP-dən gedəcəkdir. Bu səbəbdən də Gülən hazırda PKK ilə ciddi bazarlıq içindədir.

Dumanlının Diyarbəkrə getməsi ilə yanaşı HDP həmsədri Səlahəddin Demirtaşın ABŞ səfəri də bu məsələdə kritik önəm daşıyır. Belə ki, ABŞ-da Gülən təmsilçiləri ilə görüşdükdən sonra “çözüm sürəci”ni baltalayan açıqlalamalar verən Demirtaş Gülən Camaatı ilə görüşdüklərini də inkar etməyib. Açıq şəkildə, “Biz görüşüb, məsləhətləşirik” deyib.

11147586_634605990017338_7743496401544086509_nXüsusilə, baryeri aşmayacaqları təqdirdə ölkədə heç kimin rahat yaşaya bilməyəcəyi mesajının verilməsi və “Zaman”ın HDP-ni önə çıxarması Türkiyədə qarışıqlıq planından xəbər verir. Gəzi hadisələrinə tam dəstək verən Gülən mediası hazırda HDP-ni dəstəkləməklə həm də seçki sonrasına hazırlıq görməkdədir. Yəni, iki halda da qazanmaq istəyindədirlər. AKP-dən alınan 50 mandatla Gülən Ərdoğana ciddi zərbə vurmuş olacaq, bu baş tutmazsa, HDP ilə Türkiyəni qan gölünə bulayacaq.

Qeyd edək ki, Gülən Camaatı nə qədər rəqiblərini PKK ilə işbirliyində ittiham etsə də, Öcalan ilə Gülənin ittifaqı illər öncəyə-1994-cü ilə qədər gedib çıxır. Yəni, bu zamana qədər mediada sərgilənən “Gülən PKK-ya qarşıdır” sözləri əslində böyük bir yalandır. Üzdə düşmən olsalar da, Gülən ilə Öcalan həmişə bir-birlərinə gözəl “pas” veriblər. Çünki sonucda hər ikisi eyni yerdən əmr almaqdadır. İndi birlikdə hərəkət etmə əmrini aldıqları kimi…

Bu barədə, baş redaktorumuz Aqil Ələsgər “Terrorun GÜLƏN üzü” adlı kitabının 32-ci səhifəsində geniş məlumat verilib. Kitabda qeyd olunur ki, “Hal-hazırda, İraqın Ərbil şəhərində fətullahçı “Fəzalar Təhsil-Tədris” Ticarət Ltd Şirkətinin açdığı üç məktəb fəaliyyət göstərir. Bu məktəblər CIA-nın sifarişi ilə açılmışdır. Belə ki, bütün xərclər CIA-nın nəzarətində fəaliyyət göstərən National Endowment for Democracy (NED-Milli Demokratiya Cəmiyyəti) tərəfindən ödənilmişdir. İraqda ilk fətullahçı məktəb 1994-cü ildə açılmışdır. …İraqda ilk məktəb açılarkən Ərbil şəhəri Tələbaninin lideri olduğu Kürdistan Vətənpərvərlər İttifaqının nəzarətində idi. Lakin bu dövrdə PKK da İraqın şimalında xeyli fəal idi. Fətullahçılar məktəbin sərbəst fəaliyyət göstərə bilməsi və heç bir maneə ilə qarşılaşmamaq üçün PKK ilə razılaşmağa çalışmışdılar. Ərbildəki İşıq Kollecini təmsil edən şəxslərlə PKK-nın təmsilçisi Ərbildəki “Taurus” otelində görüşərək şifahi şəkildə razılaşmışdılar. Fətullahçılar heç bir şəkildə Türkiyə xüsusi xidmət orqanları əməkdaşlarının məktəbdə fəaliyyət göstərməsinə yol verməyəcəklərinə, PKK da öz növbəsində onların fəaliyyətinə maneçilik törətməyəcəyinə söz vermişdi. Bu razılaşmanın mükafatı olaraq fətullahçılar PKK təmsilçisinə 150 min ABŞ dolları ödəmişdilər. Həmin 150 min dollar neçə-neçə türk məhmətciyinin şəhid olmasına səbəb oldu…”

Yenicag.az

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

445