5 mərtəbəli binada yanğın oldu: Sakinlər təxliyə edildilər

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Hüseyn Cavid prospekti, 32 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Yenicag.az-a verilən məlumata görə,  dərhal Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacları və kabellərində yanğın baş verdiyi müəyyən olunub.

FHN əməkdaşlarının çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib. Hadisə zamanə FHN-in qüvvələri tərəfindşn qatı tüstülənmə səbəbindən təhlükəli vəziyyətdə qalan 1 nəfər bina sakini xüsusi vasitələrin köməyi ilə xilas edilib, 3 nəfər vətəndaş isə binadan təhlükəsiz əraziyə təxliyə edilib.

Yanğın nəticəsində 5 ədəd elektrik sayğacı və kabel 5p.m. yanıb, mənzillər yanğından mühafizə olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa