Reklam: High Technic
hightechnic

54 yaşlı qadını maşın vurdu

90436Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə axşam saat 20:00 radələrində Gəncə-Göygöl yolunun 1-ci km-də – Kəlbəcər Mərkəzi Rayon Xəstəxanasının qarşısında qeydə alınıb.

Yolu keçmək istəyən piyada – Göygöl rayon sakini 54 yaşlı Əfruz İspəndiyarova avtomobil tərəfindən vurulub. Yaralı dərhal qəzanı törədən sürücü tərəfindən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Ona kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

www.yenicag.az

66