Reklam: High Technic
hightechnic

Gülən Şəbəkəsi yenidən Türk Ordusunun hədəfində –  Milli Hərbi Təhlükəsizlik Strategiyasında!

 

gulen3Türkiyə Milli Təhlükəsizlik Şurasından sonra Türk Ordusu da Fətullah Gülən Şəbəkəsini “təhlükəli terror örgütü” kimi öz “Qırmızı kitab”ına salacaq. Yenicag.az xəbər verir ki, bu barədə açıqlama Türkiyə Genelkurmay Başqanlığından verilib.

Türk Ordusunun rəsmi saytından verilən xəbərə görə, Gülən Şəbəkəsinin təhlükə olmadığına dair mövzu müzakirə belə edilə bilməz: “Son günlər Milli Təhlükəsizlik Şurasında hazırlanan “Milli Təhlükəsizlik Siyasəti” sənədinin Türk Ordusu tərəfindən qəbul edilmədiyinə dair şaiyələr doğru deyil. Türkiyənin Milli Hərbi Təhlükəsizlik Strategiyası (Türk ordusunun “Qırmızı kitab”ı-red.) MTŞ-də alınan qərarlar əsasında yenilənəcəkdir. “Milli Təhlükəsizlik Siyasəti” TÜMAS-ın (Türkiyənin Milli Hərbi Təhlükəsizlik Strategiyası) əsasını təşkil etməkdədir”.

Bu hansı anlama gəlir? Milli Təhlükəsizlik Şurasından sonra Türk Ordusunun da bu qərarı verməsi ordu içində də təşkilatlanan fətullahçı şəbəkə üçün sonun başlanğıcı olacaqdır. Belə ki, AKP hakimiyyətə gəlmədən öncə Gülən Şəbəkəsi Ordunun irticacı qüvvələr deyə, qiymətləndirdiyi sektorda öz yerini qoruyurdu. Lakin AKP iqtidara gələndən və xüsusilə, türk generalitetinin sevmədiyi Hilmi Öksüzün Genelkurmay Başqanı olmasından sonra Gülənin əli-qolu daha da uzandı və nəticədə Türk Ordusu tarixinin ən böyük zülmünü yaşadı.

Fətullah Gülən Terror Örgütü deşifrə olaraq, siyasi hakimiyyətin dəstəyindən məhrum olduqları kimi hazırda Türk Ordusunun birinci hədəfi olan PKK ilə işbirliyi edərək, dövlətin qarşısında olduqlarını da  bir daha sərgilədilər.

Leqal görünüşlü qeyri-leqal şəbəkə kimi təqdim olunan FETÖ bundan sonra Türk Ordusunun əsas hə1dəflərindən biri olacaq. O cümlədən o şəbəkəyə dəstək verənlər…

www.yenicag.az

65