!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir ölkə Gülən məktəblərini bağladı – Xəbər, şərh

!Reklam – Yazi

1aazGülən camaatının Tacikistanda fəaliyyət göstərən məktəb və liseylərinin fəaliyyətini dayandırılıb. Yenicag.az-ın Türkiyənin “Yeni Akit” qəzetinə istinadən verdiyi məlumata görə, sözügedən ölkədə Türk-tacik  məktəbləri kimi tanınan bu təhsil ocaqları bir daha fəaliyyətini bərpa etməyəcək. Bildiriblər ki, Tacikistan Təhsil Nazirliyi türk-tacik məktəblərinin nəznində olan “Şəlalə” Tədris Qurumu ilə anlaşa bilməyib.

Nazirliyin rəsmisi Rahimjon Saidov vurğulayıb ki, müqavilə müddəti 2013-cü ilə qədərdir və çox güman ki, bu müddət uzadılmayacaq.

Türk-tacik məktəblərindən birinin cavabdeh şəxsi olan Hacı Kamal ki, qeyd edib ki, müqavilə 2015-ə qədər keçərlidir.

Xatırladaq ki, Tacikistanda türk məktəblərinin fəaliyyəti 1993-cü ildən başlayıb. 2003ildə müqavilə müddəti daha 10 il uzadılıb.  Bu məktəblər, Düşənbə, Turzunzoda, Kurqan-Tubə, Kulyab və Kujand şəhərlərində mövcud idi. Sözügedən məktəblərdə tədris əvvəlcə pulsuz olsa da, sonradan illik 1000 dollar təhsil haqqı alınırdı.

Qeyd edək ki, Azərbaycanda da bu məktəblər rəsmən bağlansa da, həmin məktəbləri idarə edənlər ölkəmizdə fəaliyyətlərini davam etdirməkdədirlər. Hətta o məktəblərin bazasında yaradılan təhsil qurumlarında Fətullah Gülənin imamları və müəllimləri çalışmaqdadırlar. Yəqin Tacikistanda Xalik Məmmədov, Elnur Aslanov və bir sıra nazir səviyyəsində dəstəkləri olsaydı, problemləri həll olunardı.

 

www.yenicag.az

722
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv