!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

579 nəfər Azərbaycan vətəndaşlığına qəbul edildi

!Reklam – Yazi

Ötən il Azərbaycan vətəndaşlığına qəbul, bərpa və vətəndaşlıqdan çıxarılma ilə bağlı müraciətlərin sayı açıqlanıb.

Yenicag.az xəbər verir ki, Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və xitam ilə bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından daxil olmuş 965 müraciət müvafiq qaydada araşdırılıb.

Bu müraciətlərdən 579-u Azərbaycan vətəndaşlığına qəbul, 11-i vətəndaşlığa bərpa, 375-i isə vətəndaşlıqdan çıxarma ilə bağlı olub.

Eyni zamanda əvvəlki hesabat dövründən icraatda olan sənədlərlə birlikdə 975 vəsatət (616 qəbul, 14 bərpa, 345 çıxarma) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına təqdim edilib./Report/

www.yenicag.az

7782
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv